• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bulvarda boğulmaqda olan qadın XİLAS EDİLDİ - FOTO

CƏMİYYƏT

08 Iyul 2022 | 10:58 | Müəllif: Qalib İbrahimoğlu

Bulvarda boğulmaqda olan qadın XİLAS EDİLDİ - FOTO

Səhər saatlarında bulvar ərazisində dənizdə boğulmaqda olan qadın xilas edilib.

Bakıvaxtı.az şahidlərə istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 05:30 radələrində baş verib.

Səhər sübh çağı bulvar ərazisində idman edirəm. Qaçış etdiyim vaxtı təxminən saat 05:30 radələrində bulvardan

“Bulvardan dənizə düşən ərazidə qayaların üstündə yarıya qədər suyun içində olan və boğulmaq üzrə olan köməksiz vəziyyətdə qalan qadın gördüm. Dərhal ərazidəki polislərə məlumat verdim. Düşdük suyun içinə. Su qadının ağzına dolmaq üzrə idi. Polislərlə birlikdə qadının əl və ayaqlarında tutub qayaların üstünə çıxartdıq”, - deyə sosial şəbəkə istifadəçisi Əziz Məmiyev qeyd edib.

Onun sözlərinə görə, sonra Sahil Mühafizənin və Fövqəladə Hallar Nazirliyinin qayığı gəlib: “Qadını qayığa qoyub xəstəxanaya yola saldıq. Gözləri baxsa da, danışa bilmirdi”.

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müşaviri Könül İmamverdiyeva isə Baku.ws-ə bildirib ki, artıq qadının vəziyyəti yaxşıdır:

“Hazırda onun səhhətində hər şey qaydasındadır”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026