Xəbər verdiyimiz kimi, Çində yeni insan metapnevmovirusunun (hMPV) alovlanması baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, bu virusun Patogen, ağciyərləri zədələyərək COVID-19 və qripə bənzər simptomlar yaratdığı bildirilir.
“Daily Mail” nəşri qeyd edib ki, Çində xəstəxanalara üşütmə, öskürək, boğazağrısı, həmçinin zəiflik və başgicəllənmə ilə xəstələr gətirilir.
Bundan başqa, Qazaxıstan və Qırğızıstanda da virusa yoluxma halları qeydə alınıb.
Azərbaycanda da əksəriyyət boğaz ağrısı, öskürək, qızdırma ilə müşayiət olunan xəstəliyə yoluxub. Bu barədə sosial şəbəkədə paylaşım edənlər xəstəliyin ilk 3 günündə qızdırmanın 39-40 dərəcəyədək yüksəldiyini, daha sonra üşütmə və öskürəyin başladığınl bildirirlər. Bəziləri hətta xəstəlikdən sağaldıqdan 5-6 gün sonra yenidən yoluxduqlarını iddia edirlər.
Maraqlıdır,bu virus dünyanın bəzi ölkələrində yayılan virusdurmu:
Adil Qeybulla: Bu, yuxarı tənəffüs yollarının virus infeksiyasıdır
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, artıq bir neçə ölkədə yayılan bu virusun Azərbaycana da gəlməsi tam realdır.
Onun COVİD-19 kimi pandemiya yaratması imkanlarının məhdud olduğunu deyən A.Qeybulla izah edib ki, COVİD-19 infeksiyasının yoluxma indeksi onunla mübarizə aparmaq imkanlarından xeyli yuxarı idi.
Müsahibimiz onu da qeyd edib ki, COVİD-19 infeksiyası ilə vaxtında düzgün mübarizə aparılmadığlndan, Ümümdünya Səhiyyə Təşkilatı da bundan nəticə çıxarıb və hazırda yayılmaqda olan infeksiya ilə mübarizə sahəsində çoxlu iş gedir:
“Bu virus da yuxarı tənəffüs yollarının virus infeksiyasıdır. Qripə bənzər əlamətlərlə davam edir. Daha ağır gedişə malikdir. Yüksək hərarətlə davam edir. Ümumi halsızlıq, zəiflik əlamətləri uzun müddət davam edir. İnsanların şikayəti də bu gün bundan ibarətdir” deyən Adil Qeybulla əlavə edib ki, amma qrip virusunun özü də ağır keçir.
Mina Mikayılova