“Bakıdakı 5 saylı xəstəxana qanun pozuntusu edir”.
Bunu Bakıvaxtı.az-a “Fədai” İctimai Bitliyin sədri Dadaş Quliyev bildirib.
“Mənim yanımda bir xəstə var və o, əlildir. Yanımdakı şəxs avtomobil qəzasında əlil olub. Hazırda mədə ağrısından əziyyət çəkir. Ağrıkəsici ilə saxlayır özünü. Bir həftədir özəl xəstəxanaya gedib-gəlirik. Özəl xəstəxanada bizim dörd yüz manata qədər pulumuz çıxıb. Sonra bizi analiz vermək üçün 5 saylı xəstəxanaya göndərdilər. Bizə dedilər ki, analizin cavabı 22 saata çıxmalıdır, lakin artıq 48 saatdır ki, testin cavabı çıxmır. Bizi xəstəxanaya buraxmırlar, hələ də oturub gözləyirik. Bu adam Covid xəstəsi də deyil” – deyə, o, qeyd edib.
Bakıvaxtı
















