• Bakı 22° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

 Komendant saatı qüvvəyə mindi - Latviyada

CƏMİYYƏT

22 Oktyabr 2021 | 09:11

Komendant saatı qüvvəyə mindi - Latviyada

Latviyada koronavirusla əlaqədar komendant saatı qüvvəyə minib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Latviya Karantin İdarəetmə Şurasının qərarında deyilir.

Qərara əsasən, noyabrın 15-dək ölkə ərazisində komendant saatı tətbiq ediləcək. Hər gün axşam saat 20:00-dan səhər 5:00-ə qədər yalnız təcili səbəblərdən evdən çıxmağa icazə veriləcək.

Məhdudiyyət vaksinasiyadan asılı olmayaraq hamıya şamil edilir.

Ölkədə komendant saatının tələblərinə riayət olunmasını hüquq-mühafizə orqanlarının əməkdaşları izləyəcək.

Latviyada karantin dövründə qüvvədə olan məhdudiyyətlərə əməl etməyənləri 2 min avroya qədər cərimə gözləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR