• Bakı 25° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

FHN-dən Şamaxıdakı zəlzələ ilə bağlı MƏLUMAT

CƏMİYYƏT

20 Noyabr 2021 | 19:33 | Müəllif: Subhan Mahmudov

FHN-dən Şamaxıdakı zəlzələ ilə bağlı MƏLUMAT

Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxıda baş verən yeraltı təkanlar barədə məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 20.11.2021-ci il tarixində yerli vaxtla saat 16:46 dəqiqədə Şamaxı rayonu Pirquli stansiyasından 20 km cənubda, Şamaxı rayonu ərazisində 42 km dərinlikdə 5,1 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hazırki vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026