• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Oqtay Şirəliyevin qızı bu vəzifəsindən də çıxarıldı

CƏMİYYƏT

20 Noyabr 2021 | 16:17 | Müəllif: Subhan Mahmudov

Oqtay Şirəliyevin qızı bu vəzifəsindən də çıxarıldı

Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyinin (Rossotrudniçestvo) rəhbəri Yevgeni Primakov Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyevanı vəzifəsindən azad edib.

Bakıvaxtı.az qaynarinfo.az-a istinadən xəbər verir ki, Nərmin Şirəliyeva "Rossotrudniçestvo” rəhbərinin müşaviri vəzifəsindən azad olunub.

Qeyd edək ki, Nərmin Şirəliyeva bundan əvvəl Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

Xatırladaq ki, Yevgeni Primakov Rusiyanın tanınmış dövlət xadimi, 90-cı illərdə ayrı-ayrı vaxtlarda Baş nazir, Xarici İşlər naziri və Xarici Kəşfiyyat Xidmətinin rəisi işləmiş Yevgeni Primakovun nəvəsidir. O, ötən ilin iyun ayında Rusiya Prezidenti Vladimir Putin müvafiq fərmanı ilə "Rossotrudniçestvo”nun rəhbəri təyin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026