• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Omicron”a qarşı 3-cü doza lazımdır - Britaniyalı alimlər

CƏMİYYƏT

20 Dekabr 2021 | 15:58 | Müəllif: Qalib İbrahimoğlu

“Omicron”a qarşı 3-cü doza lazımdır - Britaniyalı alimlər

İngiltərədəki Kembric Universiteti Tibb Məktəbinin alimləri “Omicron” üzərində apardıqları işlərin nəticəsini açıqlayıblar.

Bakıvaxtı.az-ın məlumatına görə, çikrobioloqlar izah ediblər ki, "ciddi xəstəlik" riski aşağıdır, çünki “Omicron” “Delta” və digər variantlarla müqayisədə insan ağciyərlərində qeyri-kafi və səmərəsiz şəkildə çoxalır. Bununla belə, digər tərəfdən, 2 doza peyvəndin “Omicron” variantına təsirinin azaldığı və üçüncü vaksinin qısa müddətdə “Omicron” üzərində təsirli olacağı vurğulanıb.

Kembric Universitetinin bir hissəsi olan Terapevtik İmmunologiya və Yoluxucu Xəstəliklər İnstitutu (CITIID) cümə günü “Omicron2 üzərində araşdırmalarının nəticələrini paylaşıb. Araşdırmalara görə, bu ştam insanın ağciyərlərində zəif və səmərəsiz şəkildə çoxaldığı üçün xəstəxanaya yerləşdirmə və ya ölüm riskinin xeyli azaldığı aşkar edilib. Alimlər iki dozalı mRNT və ya Ad vektorlu peyvəndlərin də “Omicron”da effektivliyini sınaqdan keçirdiklərini və iki dozalı peyvəndin ştama qarşı zəif olduğunu, lakin mRNT əsaslı 3-cü doza vaksinin qısa müddətdə varianta təsir etdiyini bildiriblər.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026