• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Test cavabı neqativ çıxıb koronavirus olan xəstələr çoxdur - İnfeksionist

CƏMİYYƏT

19 Yanvar 2022 | 15:29 | Müəllif: Qalib İbrahimoğlu

Test cavabı neqativ çıxıb koronavirus olan xəstələr çoxdur - İnfeksionist

Yaxma testi zamanı xəstədə koronavirusun "omikron" ştamının olub-olmadığı aşkarlanmır. Rusiya alimlərinin gəlditkəri qənaətə görə, yalnız genetic analiz zamanı virusu aşkarlamaq mümkündür.

Xəstəliyin yayılmasının və bir çox koronavirus xəstəsinin test cavabının neqativ çıəxmasının cavabı bu ola bilər? İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, "omikron" haqqqında müxtəlif yerlərdə PCR testdən yayınma xüsusiyyəti olduğu qeyd olunub: “Bu səbəbdən, yoluxma sayları statistikada göstəriləndən daha çox ola bilər. Həkim olaraq bizə edilən müraciətlərdən biz də bunu hiss edirik".

N.Əzimli bildirib ki, son dövrlərdə testin cavabı neqativ çıxdığı halda koronavirus olduğu bəlli olan bir çox xəstə ilə qarşılaşıb. Həkim bunun narahat olunacaq məqam saymır.

“Genetik analiz hər kəsin üzərində tədbiq ediləcək qədər əlverişli bir metod deyil. Əgər xəstələrdə simptomlar və laborator testlərində digər göstəricilər, praqnozla bağlı narahatedicilik varsa, onsuz da, biz PCR testə baxmadan müalicəmizi aparırıq”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR