• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tanınmış səyyahlar qrupunun azad edilən ərazilərə səfəri başa çatıb

CƏMİYYƏT

18 Fevral 2022 | 12:32 | Müəllif: Subhan Mahmudov

Tanınmış səyyahlar qrupunun azad edilən ərazilərə səfəri başa çatıb

İyirmi bir ölkənin tanınmış səyyahlarından ibarət qrupun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başa çatıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, səfərin sonuncu günü səyyahlar azad olunan ərazilərdə aparılan bərpa işləri və Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən "ağıllı şəhər" konsepsiyası, həmçinin Zəngəzur dəhlizinin Zəngilan rayonu ərazisindən keçən hissəsində dəmir yolunun bərpası üzrə görülən işlərlə tanış olublar.

Dəmir yolu xətti ilə tanışlıq zamanı onlara Zəngəzur dəhlizinin region üçün strateji əhəmiyyəti barədə məlumat verilib.

Qeyd edək ki, 3 günlük səfər zamanı səyyahlar Füzuli-Şuşa-Ağdam-Kəlbəcər-Laçın dəhlizi-Qubadlı-Zəngilan marşrutu üzrə işğaldan azad edilmiş ərazilərdə olublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026