• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu kəndlərə güclü qar yağdı - Yollar bağlandı

CƏMİYYƏT

20 Mart 2022 | 11:46 | Müəllif: Subhan Mahmudov

Bu kəndlərə güclü qar yağdı - Yollar bağlandı

Ötən gündən başlayaraq Cəlilabad rayonunun ucqar kəndlərinə güclü qar yağır.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, rayonun bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 50 santimetrə qədər çatıb.

Yerli sakinlərin sözlərinə görə, yağan qar rayonun Şatırlı, Kövüzbulaq, Ləkin, Əsədli, Suluçeşmə və Buravar və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaradıb.

Qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb. Nəticədə sözügedən kəndlərin rayonla əlaqəsi kəsilib.

Əsədli kəndinə gedən ərazidə 10 min kilovoltluq elektrik dirəyi aşıb. Bir sıra yaşayış məntəqələri işıqsız qalıb.

Hazırda rayonun ucqar dağ kəndlərində küləklə müşayiət olunan güclü qar yağışı davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026