• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mehriban Əliyeva Azərbaycan xalqını TƏBRİK ETDİ

CƏMİYYƏT

20 Mart 2022 | 10:13 | Müəllif: Subhan Mahmudov

Mehriban Əliyeva Azərbaycan xalqını TƏBRİK ETDİ

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, M.Əliyevanın sosial şəbəkə hesablarında yer alan paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram! Təbriklərinizə, səmimi və xoş diləklərinizə görə çox sağ olun! Sizin diqqətiniz, qayğı və dəstəyiniz mənim üçün çox dəyərlidir! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğmalarına və yaxınlarına səbir versin! Qoy təbiətin oyanmasının və yenilənməsinin rəmzi olan Novruz hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş etsin! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026