• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda narkomanların daha bir məskəni  - Polis hərəkətə keçdi  (VİDEO)

CƏMİYYƏT

18 Aprel 2022 | 19:38 | Müəllif: Subhan Mahmudov

Bakıda narkomanların daha bir məskəni - Polis hərəkətə keçdi (VİDEO)

Bakının Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 27 saylı Şəhər Poliklinikasının əvvəlki binası narkotik istifadəçilərinin məkanına çevrilib.  

Bakıvaxtı.az  Xəzər TV-yə istinadən xəbər verir ki,  illərdir faəliyyətsiz qalan poliklinika binasının demək olar ki, bütün otaqlarında istifadə olunmuş şprislərə, falqa kağızına rast gəlmək olur. Binanın narkomanların oylağına çevrilməsi ərazidə yaşayan sakinlərin də narahatlığına səbəb olub.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirdi ki, sözügedən ərazi artıq nəzarətə götürülüb.

Nazirliyin əməkdaşı onu da qeyd edib ki, əgər bu ərazidə neqativ əmələ əl ətan şəxs və ya şəxslər aşkarlanarsa, həmin şəxslər barəsində  qanuna müvafiq tədbirlər görüləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026