• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu ərazilərə dolu düşəcək

CƏMİYYƏT

18 May 2022 | 16:51

Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu ərazilərə dolu düşəcək

Bakıda və Abşeron yarımadasında mayın 20-si səhərdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Azərbaycanın rayonlarında mayın 19-u axşam şimal və qərb rayonlarından başlayaraq 21-dək ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir.

Dağlıq və dağətəyi rayonlarda lokal ərazilərdə dolu düşəcəyi ehtimal olunur.

Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 28-33 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR