• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Quru sərhədlər mütləq açılmalıdır…- İqtisadçıdan AÇIQLAMA

CƏMİYYƏT

17 Iyun 2022 | 14:19 | Müəllif: Qalib İbrahimoğlu

Quru sərhədlər mütləq açılmalıdır…- İqtisadçıdan AÇIQLAMA

Pandemiyadan öncəki illərdə Azərbaycana çoxsaylı turist gəlsə də, pandemiya dövründə turistlərin də yolları başlandı. Bu il isə vəziyyət fərqlidir; belə ki, artıq paytaxtımıza turist axını hiss olunur.  Nəzərə alsaq ki, epidemiya bütün ölkələrdə olduğu kimi, Azərbaycan iqtisadiyyatına da xeyli ziyan vurub, turist axını bu ziyanı kompensasiya etməkdə faydalı olacaq?

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a bildirib ki, Azərbaycana gələn turistlərin sayı pandemiya ilinə görə artıb: “Yəni pandemiyadan öncəki son iki ilə baxanda turistlərin sayında ciddi artım yoxdur. Bunun da səbəblərindən biri quru sərhədlərin açıq olmamasıdır. Quru sərhədlər açıq olsa, bu, turizmə daha çox xeyir verər”.

Onun sözlərinə görə, təbii ki, ölkəyə nə qədər çox turist gəlirsə, bu, orta və kiçik sahibkarların, əsasən da, xidmət sahəsinin, kafe və restoranların, otellərin işini asanlaşdırır, gəlirlərini artırır, onların ayaqda qalmasına yardımçı olur.

Ekspert onu da vurğulayıb ki, biletlərin baha olduğu şəraitdə bir tək təyyarələrlə turist sayını artırmağı düşünmək doğru deyil: “Ona görə də, quru sərhədlər mütləq açılmalıdır ki, Azərbaycanın turizm gəlirləri də artsın. Xeyli dərəcədə arta bilər, çünki quru sərhədlərin potensialı hava nəqliyyatından daha çoxdur. Bu səbəbdən, quru sərhədlər açılsa, Azərbaycanda turizm sektorunda daha çox canlanmanın şahidi ola bilərik”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026