Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb və qar örtüyü əmələ gəlib.
Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, Abşeron yarımadasının bəzi yerlərində səhər saatlarında sulu qar yağıb.
Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti martın 26-dək davam edəcək.
Nuranə Daxilqızı
















