• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Nadinc, partanın üstünə çıxan uşaqlar..." - Nazirdən AÇIQLAMA

CƏMİYYƏT

18 Fevral 2022 | 14:00 | Müəllif: Qalib İbrahimoğlu

"Nadinc, partanın üstünə çıxan uşaqlar..." - Nazirdən AÇIQLAMA

"Nadinc, partanın üstünə çıxan uşaqlar təbii ki problemdir. Amma bu, məktəbin daxili problemi və şagird davranışı məsələsidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, təhsil sistemi çox böyük bir sistemdir. 1 milyon 600 min şagird, 200 mindən artıq müəllim təkcə ümumtəhsil müəssisələrindədir: "200 mindən bir qədər az məktəbəqədər təhsil müəssisələrində olan uşaqlar, 30-40 minə yaxın orada işçilər var".

Onun sözlərinə görə, ümumilikdə, gün ərzində hər gün təxminən 3-4 milyona yaxın insanın təhsillə ünsiyyəti olur: "Təbii ki, bu adamların arasında hansısa münaqişələr, öz aralarında problemlər yaşanır. Bunları videoya çəkib geniş ictimaiyyətə təqdim etməklə təhsilin indiki vəziyyətini məncə təsvir etmək doğru deyil".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026