Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN rəhbəri Tvitter səhifəsində paylaşım edib.
“Baharın müjdəçisi olan Novruz Azərbaycanımıza və xalqımıza sülh, əmin-amanlıq, tərəqqi və yeni uğurlar gətirsin. Novruz bayramımız mübarək!”, - paylaşımda deyilir.
















