• Bakı 21° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Omikron”un gizli simptomları

CƏMİYYƏT

18 Fevral 2022 | 13:14 | Müəllif: Subhan Mahmudov

“Omikron”un gizli simptomları

Koronavirusun “Omikron” ştammı burunda deyil, bağırsaqlarda da yerləşə bilir.

Bakıvaxtı.az xəbər verir ki, bu qənaətə  britaniyalı professor Tim Spektor gəlib.

Onun sözlərinə görə, mədə-bağırsaq pozğunluqları “Omikron” ştammının gizli simptomlarıdır.

Spektor deyir ki, COVID-19 “Omikron” ştammının gizli simptomlarını sadalayıb və onların arasında mədə-bağırsaq traktının xəstəliklərini qeyd edib. İnfeksiyaya yoluxmuş insanlarda ürəkbulanma, qusma, qarın ağrısı və köp, mədədə yanma hissi və ishal müşahidə edilə bilər. Əgər sizdə bu əlamətlər varsa, həkimlər sizə dərhal özünü təcrid etməyi və koronavirusun olub-olmamasını müəyyənləşdirmək üçün PCR testi keçməyi məsləhət görür.

Mütəxəssis həmçinin bel ağrısı, iştahsızlıq, gecə tərləmələri, çaşqınlıq və gözlərdə iltihaba diqqət yetirməyi tövsiyə edib. O, həmçinin bu əlamətləri “Omikron” infeksiyasının gizli simptomları ilə əlaqələndirib.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026