• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qapalı məkanlarda iki maska taxmaq məsləhət görülür

CƏMİYYƏT

19 Yanvar 2022 | 15:09 | Müəllif: Qalib İbrahimoğlu

Qapalı məkanlarda iki maska taxmaq məsləhət görülür

Əvvəllər sadəcə, bir maskadan istifadə etmək tələb olunurdu və hər kəs bunun qoruyuculuğuna inanırdı. İndi isə qapalı məkanlarda bir maskanın virusdan qorumadığı iddia edilir. İki maska həqiqətən effektlidir?

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, indi parça maskaların heç bir effekti yoxdur. Onun sözlərinə görə, “Omikron" ştamı üçün ən effektli maska filterli N95 tipli maskalardır.

Həkim deyib ki, N95 tipli maskaları uzun müddət istifadə etmək olmur, çünki hipoksiya xəstəliyi yaradır: “Bu səbəbdən, iki cərrahi maskadan istifadə etmək ən uyğunudur”.

M.Əliyev iki maskanın virusdan qoruya bildiyini vurğulayıb: “Bir dənə maska kifayət deyil, ikisi daha etibarlı ola bilər. Ona görə, iki cərrahi maskadan istifadə olunması məsləhət görülür”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026