• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bu şəxslər işdən çıxarsa, müavinət ala bilər -Deputat

 

CƏMİYYƏT

20 Dekabr 2021 | 15:37

Bu şəxslər işdən çıxarsa, müavinət ala bilər -Deputat

“Gələcəkdə öz ərizəsi ilə işdən çıxanlar da müəyyən müddət sığorta ilə müavinət ala bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

M.Quliyev bu mövzu istiqamətində Dövlət Məşğulluq Agentliyində müzakirələrin aparıldığını qeyd edib. Onun sözlərinə görə, 2018-ci ilədək elə bir imkan var idi ki, işdən öz ərizəsi ilə çıxan şəxslər də müavinət alırdı. 2018-ci ildən sonra işsizlikdən sığortaya sığorta prinsipi ilə yanaşmaya üstünlük verildi.

“Öz ərizəsi ilə işdən çıxmaq isə sığorta hadisəsi olmadığı üçün belə insanlara imkan tanınmadı .Gələkdə öz ərizəsi ilə işdən çıxanlar olarsa onlara da müəyyən müddət sosial müavinət ayrıla bilər", - deyə Musa Quliyev bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026