• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Vətəndaşlar ildə bir dəfə həm Şuşaya, həm də Ağdama gedə biləcək” - Nazirlik

CƏMİYYƏT

19 Yanvar 2022 | 13:37

“Vətəndaşlar ildə bir dəfə həm Şuşaya, həm də Ağdama gedə biləcək” - Nazirlik

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad edilmiş ərazilərə təşkil ediləcək müntəzəm avtobus səfərlərindən vətəndaşların ildə bir dəfə istifadə edə biləcəyi məsələsinə aydınlıq gətirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Nazirlikdən bildirilib ki, real tələbat pik həddi keçdikdən və müvafiq qiymətləndirilmələr aparıldıqdan sonra bu məhdudiyyətlər aradan qaldırılacaq:

“İlk mərhələdə işğaldan azad olunmuş ərazilərə getmək istəyənlərin sayının və tələbatın çox olacağı gözlənildiyindən vətandaşlara hər istiqamət üzrə bir dəfə, yəni bir dəfə Şuşaya, bir dəfə Ağdama səfər etmək imkanı yaradılır. Burada məqsəd bütün vətandaşlar üçün bərabər və ədalətli şəraitin yaradılmasıdır. Real tələbat pik həddini keçdikdən və müvafiq qiymətləndirilmələr aparıldıqdan sonra bu məhdudiyyətlər dərhal aradan qaldırılacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR