• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bir adamın eyni gündə verdiyi testin nəticəsi fərqli ola bilərmi?

CƏMİYYƏT

18 Fevral 2022 | 12:14 | Müəllif: Qalib İbrahimoğlu

Bir adamın eyni gündə verdiyi testin nəticəsi fərqli ola bilərmi?

Azərbaycanın tanınmış blogerlərindən olan Elmira Namazova Taylanda səfəri zamanı problemlə üzləşib. Belə ki, blogerin pandemiya qaydalarına uyğun olaraq verdiyi PCR testinin cavabı pozitiv olub. Amma elə həmin gün ikinci dəfə verdiyi testin nəticəsi mənfi olub. Və o, dostları, ailə üzvləri ilə birlikdə səfərini davam etdirib.

Ümumiyyətlə, bir adamın eyni gündə verdiyi testin nəticəsinin fərqli olması mümkündürmü? İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, eyni gündə verilən iki testin cavablarının fərqli olması normal haldır: “Bu testin dəqiqliyi 100% deyil. 100% dəqiqlik o zaman olur ki, 100 nəfərin də pozitiv olduğunu göstərir”.

Onun sözlərinə görə, hər testin spesifiklik və sensetivliyi var. Bunlar testin xəstələri aşkar etmək qabiliyyətini göstərir: “Bu testin həssaslığı 75% civarındadır. Bu da o deməkdir ki, hər 100 həqiqi xəstədən 75-də testin cavabı pozitiv, 25-də isə neqativ çıxır”.

Həkim deyib ki, həmin şəxsdə də belə olub. Birinci dəfə test verdikdə 25 nəfərin, ikinci dəfə isə 75 nəfərin sırasına düşüb: “Əgər o testin spesifikliyi 50%-dən aşağı olsa idi, ikinci dəfə də analiz verdikdə cavabın neqativ çıxma ehtimalı var idi. Ancaq spesifiklik 75% olduğu üçün xəstə ikinci dəfə test verdikdə cavab doğru çıxıb”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026