• Bakı 22° C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

ANAMA-dan minaya düşən əməkdaşla bağlı AÇIQLAMA

CƏMİYYƏT

20 Noyabr 2021 | 15:28 | Müəllif: Subhan Mahmudov

ANAMA-dan minaya düşən əməkdaşla bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ötən gün Zəngilanda mina partlayışı zamanı xəsarət alan əməkdaşı ilə bağlı məlumat yayıb.

Agentlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, qurumun Partlamamış Hərbi Sursatlar qrupunun (PHSQ) təhlilçi-operatoru Babayev Vaqif Əlizaab oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi hospitalına yerləşdirilib. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edilir ki, 19 noyabr 2021- ci il tarixində Vaqif Babayev Zəngilan rayonunda öz xidməti fəaliyyətini yerinə yetirərkən məsafədə baş verən tank əleyhinə minanın partlayışı nəticəsində agentliyin əməkdaşı yüngül qəlpə yaraları alıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026