Bu gün Milli Məclisdə plenar iclasında “Turizm haqqında” qanun layihəsinin II oxunuşda müzakirə olunub.
Bakıvaxtı.az xəbər verir ki, müzakirəklər zamanı deputat Qüdrət Həsənquliyev Qarabağda və Zəngəzurda kazinoların açılması təklifi ilə çıxış edib.
Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində kazinolar fəaliyyət göstərirlər: “Ancaq ölkəmizdə kazinolar fəaliyyət göstərmir, yoxdur. Hesab edirəm ki, Qarabağda və Zəngəzurda kazinoların açılmasına icazə verilməlidir”.
Nuranə Daxilqızı
















