• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

İşdən çıxarılan generala YENİ VƏZİFƏ VERİLDİ

CƏMİYYƏT

19 Yanvar 2022 | 11:22

İşdən çıxarılan generala YENİ VƏZİFƏ VERİLDİ

Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyev nazirlikdə yeni vəzifəyə təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, ötən həftə təqaüdə göndərilən S.Əliyev DİN-in Katibliyində mülki şəxs kimi işə qəbul olunub və mütəxəssis vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilmişdi. Bu vəzifəyə isə DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin sabiq rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026