Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərar verib.
Bakıvaxtı.az xəbər verir ki, qərara əsasən dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödəniləcək.
Təsdiq edilmiş qərarda AMEA-nın prezidenti Ramiz Mehdiyevin də aylıq maaşı açıqlanıb. Belə ki, R.Mehdiyevin aylıq vəzifə maaşı 3084 manatdır.

















