• Bakı 10° C

    8.42 m/s

  • USD - 1.7

    EUR - 1.7814

    RUB - 1.629

Büdcə xərclərinin strukturunda dəyişikliklər gözlənilir - Palata

İQTİSADİYYAT

25 Noyabr 2024 | 14:47

Büdcə xərclərinin strukturunda dəyişikliklər gözlənilir - Palata

2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin xərclərinin strukturunda dəyişikliklər gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisi bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, büdcənin əsaslı xərclərinin 8,1 % azalması, əvəzində cari xərclərinin 7,7 %, dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin isə 85,2 % artması proqnozlaşdırılır: "Son nəticədə gələn il cari xərclərin büdcə xərclərindəki payı 60 %-ə yüksələcək. Artım tempinin ortamüddətli dövrdə də davam edəcəyi gözlənilir. Hesab edirik ki, bu vəziyyətdə cari xərclərin optimallaşdırılması üçün büdcə-vergi siyasətində dəyişikliklərə baxılması vacibdir”.

Sədr həmçinin bildirib ki, qeyri-resurs gəlirlərinin cari xərclərə nisbəti azalmaqda davam edəcək: “Təhlillər göstərir ki, qeyri-resurs gəlirlərinin cari xərclərə nisbəti 78,7 % olacaq. Müdafiə xərclərinin qeyri-neft-qaz gəlirlərinə nisbəti isə 126,3 % təşkil edəcək"


SON XƏBƏRLƏR