• Bakı C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.7676

    RUB - 1.6798

Ukrayna BVF-dən 1,1 milyard dollar alıb

İQTİSADİYYAT

24 Dekabr 2024 | 16:27

Ukrayna BVF-dən 1,1 milyard dollar alıb

Ukrayna kritik dövlət büdcəsi xərclərini maliyyələşdirmək üçün Beynəlxalq Valyuta Fondundan (BVF) 1,1 milyard dollar alıb. 

Bakıvaxtı.az  "The Economic Times"a istiandən xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıqal "Telegram"da məlumat verib.

Onun sözlərinə görə, vəsait 4 illik genişləndirilmiş maliyyələşdirmə proqramı (EFF) çərçivəsində verilib. Eyni zamanda, EFF fəaliyyətə başlayandan bəri Ukrayna proqramda nəzərdə tutulan 15,6 milyard dollardan ümumilikdə təxminən 9,8 milyard dollar cəlb edib:

"2025-ci ildə Ukrayna EFF çərçivəsində 2,7 milyard dollara qədər vəsait ala bilər. Ukrayna BVF ilə gələcək əməkdaşlıq üçün dövlət maliyyəsi, maliyyə sektoru, pul və məzənnə siyasəti, dövlət idarəçiliyi, korrupsiya ilə mübarizə və enerji sektoru kimi sahələri əhatə edən struktur islahatlarını davam etdirməli olacaq".

Qeyd edək ki, EFF proqramı BVF tərəfindən 31 mart 2023-cü ildə təsdiq edilib. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

24 Dekabr 2024