• Bakı 22° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Bunlar təxribat xarakteri daşıyır - Deputatdan CNN-ə ETİRAZ

SİYASƏT

09 Iyun 2026 | 16:44

Bunlar təxribat xarakteri daşıyır - Deputatdan CNN-ə ETİRAZ

Məlum olduğu kimi 2026-cı il iyunun 5-də CNN transmilli media şirkətinin “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq Azərbaycana qoşun göndərdi" başlıqlı məqalə ölkəmizdə ciddi etiraza səbəb olub. Tamamilə böhtandan ibarət olan, heç bir fakta söykəməyən məqalənin CNN kimi məşhur bir media qurumu vasitəsilə yayımlanması böyük təəssüf hissi doğurmaqla yanaşı, həm də anti-Azərbaycan qüvvələrinin məkirli niyyətlərindən xəbər verir.

Baş verənlər onu söyləməyə əsas verir ki, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı informasiya müstəvisində artan təzyiqlər bu gün də davam etməkdə, bir qədər də intensivləşməkdədir.

Deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, CNN kimi bir mətbu orqanın böhtan xarakterli məlumat yayması anlaşılan və qəbul edilən deyil.

Onun sözlərinə görə, adətən, beynəlxalq təşkilatlar, xəbər agentlikləri özünün obyektivliklərindən tez-tez danışırlar:

"Amma Azərbaycanla bağlı həqiqəti əks etdirməyən məlumat göstərdi ki, vəziyyət heç də o cür deyil. Görünür, hələ bəzi qüvvələr Azərbaycanla İran arasında münasibətlərin pozulmasına çalışırlar. Bunun üçün müxtəlif addımlar atırlar, səylər göstərirlər. Ancaq reallıqda bu, qeyri-mümkündür. Azərbaycan dəfələrlə bəyan edib ki, biz heç zaman Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına imkan verməyəcəyik. Prezident də dəfələrlə bu məsələni geniş formada bəyan edib. Ona görə də bu cür məlumatların yayılmasının heç bir əsası yoxdur”.

Ceyhun Məmmədov, deputat

Müsahibimiz vurğulayıb ki, bunlar təxribat məqsədi daşıyır. Onun fikrincə, bu, eyni zamanda ABŞ-Azərbaycan münasibətlərinə də təsir göstərir.

“Belə addımlara son qoymaq lazımdır. Bu cür təxribatlara reaksiyamız çox sərt olacaq. Nəzərə alsınlar ki, bu cür addımlar münasibətlərə xələl gətirir", - deyə Ceyhun Məmmədov əlavə edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR