Dövlət İmtahan Mərkəzi tərəfindən martın 5-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, buraxılış imtahanında 4 şagirddə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Qeyd olunub ki, imtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Nuranə Daxilqızı
















