Burkina Fasoda ölkədə sabitliyi pozmağa yönəlmiş çevriliş cəhdinin qarşısının alındığı açıqlanıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Təhlükəsizlik naziri Mahamadou Sana dövlət televiziyası ilə aprelin 16-da Prezident Sarayına planlaşdırılan hücumun qarşısının alındığını açıqlayıb.
Sana Fil Dişi Sahilində hücuma hazırlıq görüldüyünü və hadisədə iştirak edən bəzi zabitlərin Abidcana qaçdığını bildirib.
Təhlükəsizlik naziri hadisə ilə bağlı bəzi həbslərin edildiyini, lakin cəhdi planlaşdıranların Fil Dişi Sahilində olduğunu vurğulayıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Əli Hüseynov