İranın xarici işlər naziri Abbas Əraqçi “Asharq News”-a ölkəsi ilə ABŞ arasında davam edən nüvə danışıqları ilə bağlı açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, nazir öz çıxışında uranın zənginləşdirilməsi ilə bağlı ABŞ ilə fikir ayrılıqlarının olduğunu və bu məsələni həll etmədən razılığa gələ bilməyəcəklərini bildirib.
"Bizimlə Amerika tərəfi arasında xüsusilə (uranın) zənginləşdirilməsi məsələsində ciddi fikir ayrılığı var. Və bu həll olunmayana qədər razılığa gələ biləcəyimizi düşünmürəm", - Əraqçi qeyd edib.
Əli Hüseynov