• Bakı 20° C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

İsrail İranın bütün nüvə obyektlərini məhv etməyə qadirdir - Netanyahu

DÜNYA

21 Iyun 2025 | 16:47

İsrail İranın bütün nüvə obyektlərini məhv etməyə qadirdir - Netanyahu

"İsrail artıq İranın raket buraxılış qurğularının yarıdan çoxunu məhv edib və İranın bütün nüvə obyektlərini vurmağa qadirdir".

Bakıvaxtı.az "The Times of Israel"ə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu deyib.

Onun sözlərinə görə, yeddi günlük hərbi əməliyyatda İsrail qoşunları İranın nüvə və raket obyektlərində vaxtından əvvəl irəliləyir:

"İran rəhbərliyinin dəyişməsi və ya süqutu İsrailin hücumlarının məqsədi deyil, onların nəticəsi ola bilər".

Baş nazir İsrail əməliyyatının başa çatması üçün son tarix verməyib.

Gülşən Şərif


SON XƏBƏRLƏR