• Bakı 24° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Tramp-Putin görüşü bu ölkədə ola bilər

DÜNYA

21 Iyul 2025 | 15:55 | Müəllif: Qalib İbrahimoğlu

Tramp-Putin görüşü bu ölkədə ola bilər

Rusiya lideri Vladimir Putinlə ABŞ prezideti Donald Tramp Pekində bir ara gələ bilər.

Bakıvaxtı.az TASS-a istinadla xəbər verir kİ. bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Peskov qeyd edib ki, bununla belə Amerika liderinin Çinə səfər etməyi planlaşdırdığına dair hələ heç bir sübut yoxdur:

 “Biz Pekinə səfərə hazırlaşırıq. Bu, dövlət başçısının gündəmindədir. Amma eşitməmişik ki, prezident Tramp da Pekinə getməyi planlaşdırır".

Britaniyanın “The Times” qəzeti Çində İkinci Dünya Müharibəsinin başa çatması münasibətilə sentyabrda keçiriləcək bayram şənliyində üç ölkənin - Rusiya, Çin və ABŞ liderlərinin görüşünün mümkünlüyünə dair iddia ilə çıxış edib. Peskov isə bildirib ki, hələlik belə bir görüşün mümkünlüyü barədə məlumat yoxdur.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026