• Bakı 13° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Şeremetyevo uçuşları bərpa etdi

DÜNYA

21 Iyul 2025 | 16:27 | Müəllif: Qalib İbrahimoğlu

Şeremetyevo uçuşları bərpa etdi

"Şeremetyevo hava limanı normal rejimdə işləyir".

Bakıvaxtı.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə hava limanından bildirilib.

Məlumata görə, gediş-gəliş reysləri sifarişə və hazırlıq vəziyyətinə uyğun həyata keçirilir.

Aeroportdan xatırladıblar ki, QR kodlar B və C terminallarının “təmiz” zonalarında məlumat lövhələrində yerləşdirilib və onlardan uçuşun cari vəziyyətini öyrənmək olar.

Qeyd edək ki, iyulun 19-21-də Rusiyanın mərkəzi hissəsində hava limanlarının fəaliyyətinə məhdudiyyətlər qoyulub. O cümlədən, paytaxtın hava limanları bir neçə dəfə təyyarələrin qəbulunu və buraxılışını dayandırıb. Bununla əlaqədar olaraq, aviadaşıyıcılar uçuş cədvəllərində düzəlişlər etmək məcburiyyətində qalıblar.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026