• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Beyin yeyən amöba" can aldı

DÜNYA

03 Mart 2023 | 12:15

"Beyin yeyən amöba" can aldı

ABŞ-ın Florida ştatında bir nəfər beyin yeyən amöba səbəbindən ölüb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, səlahiyyətlilər xalqı sinuslarını birbaşa kran suyu ilə təmizləməməyə çağırıb.

Ştatın cənub-qərbindəki Charlotte şəhərində baş verən hadisədən sonra səhiyyə işçiləri həmin şəxsin insanın sinuslarını krandan su ilə təmizləyərkən amöbaya tutulduğunu söyləyib.

"Naegleria fowleri" amöbü burun vasitəsilə beyinə daxil olur. Səlahiyyətlilər deyirlər ki, amöbalı su içmək sağlamlığa heç bir təhlükə yaratmır.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatlarına görə, bu amöba növünə yoluxmuş bir insanın sağ qalma ehtimalı olduqca aşağıdır.

Ştatın səhiyyə işçilərindən biri Jae Williams amöbanın suya necə girdiyinin araşdırıldığını izah edib.

Bu amöba növü, adətən, isti şirin su mənbələrində, hovuzlarda və göllərdə olur. Bu təkhüceyrəli canlı insan orqanizminə burun yolu ilə daxil olduqda ölümə səbəb olur, lakin ağızdan qəbul edildikdə mədə turşuları amöbanı məhv edir.

Amöbaya yoluxmuş insanlarda amöb meningoensefalit (beyin və beyin qişasının iltihabı) adlı xəstəlik inkişaf edir. ABŞ-da hər il orta hesabla üç nəfər buna görə ölür.

Xəstəliyin simptomları arasında baş ağrısı, qızdırma, başgicəllənmə, qusma, istiqamət hissini itirmə, boyun ağrısı, tarazlığın itirilməsi, halüsinasiyalar və qıcolmalar daxildir.

Məlumatlara görə, 1962-2001-ci illərdə bu xəstəliyə yoluxan 154 nəfərdən yalnız dördü sağ qalıb.

Səlahiyyətlilər xalqı sinuslarını birbaşa kran suyu ilə təmizləməməyə çağırıb. Bunun əvəzinə təmizlənmiş sudan və ya qaynadıqdan sonra otaq temperaturuna gələn sudan istifadə etmək tövsiyə edildi. Bu proses suda olan bakteriyaları öldürür.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026