• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir

DÜNYA

02 Aprel 2023 | 09:55 | Müəllif: Subhan Mahmudov

Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir

Bu gün Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 08:00) ölkədə 13 minə yaxın seçki məntəqəsi açılıb.

Burada təxminən 6,7 milyon insan yerli vaxtla saat 20:00-a qədər səs verə biləcəklər.

Xaricdəki Bolqarıstan vətəndaşları üçün isə 61 ölkədə 737 seçki məntəqəsi işləyəcək.

49-cu çağırış Xalq Məclisində 240 yer uğrunda 14 siyasi partiya və 7 koalisiyanın nümayəndələri mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, birpalatalı parlamentin deputat mandatı uğrunda 4 566 nəfər mübarizə aparır. Seçkilərdə 207 beynəlxalq, 847 bolqar müşahidəçi çalışacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026