• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Özbəkistanda yenilənmiş Konstitusiya qüvvəyə minib

DÜNYA

02 May 2023 | 00:50 | Müəllif: Subhan Mahmudov

Özbəkistanda yenilənmiş Konstitusiya qüvvəyə minib

Özbəkistanda yenilənmiş Konstitusiya mayın 1-dən qüvvəyə minib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Ali qanun aprelin 30-da keçirilən referendumda təsdiq edilib.

Qəbul edilmiş düzəlişlərə əsasən, hazırkı Prezident Şavkat Mirziyoyevin seçki müddəti sıfırlanacaq. Həmçinin, dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilədək uzadılacaq.

Bundan əlavə, dəyişikliklər Özbəkistanın sosial dövlət elan edilməsini və ölüm hökmünün ləğvini nəzərdə tutur.

Qeyd edək ki, ümumilikdə, konstitusiyanın 65%-i yenilənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR