Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli ilə telefon danışığı aparıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zalujnı Teleqram kanalında bildirib.
Tərəflər Ukraynaya sursat və texnikanın tədarükü məsələsini müzakirə ediblər.
Zalujnı bildirib ki, Milli ilə söhbətində kifayət qədər silah, hərbi texnika və sursatın vaxtında çatdırılmasının vacibliyi mövzusuna toxunub.
O, Milliyə cəbhənin bütün mövqelərindəki vəziyyət barədə məlumat verib.
















