• Bakı 17° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Azərbaycan bayrağını yandıran dizayner işindən istefa verdi

DÜNYA

31 May 2023 | 18:45

Azərbaycan bayrağını yandıran dizayner işindən istefa verdi

Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran Aram Nikolyan Ermənistanın İctimai televiziyasından istefa verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə çərşənbə günü teleşirkətin direktoru Ovannes Movsisyan ölkə parlamentində bildirib.
Aram Nikolyan bir müddət əvvəl istefa məktubu yazıb, qalan suallar ona verilməlidir”, - Movsisyan bildirib.

Dizaynerin İctimai Televiziya Şirkətinin binasına daxil olmasına da qadağa qoyulub.

Xatırladaq ki, aprelin 14-də İdman-Konsert zalında ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi keçirilib. İrəvanda Karen Dəmirçyan, dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırıb. Bakı erməni dizayneri beynəlxalq axtarışa verib. Dizayner Nikolyan 2013-cü ildən OTA-nın baş stilistidir.


SON XƏBƏRLƏR