Ukrayna müdafiəçiləri ötən gün Rusiya ordusunun 41 hücumunu dəf edib.
Bakıvaxtı.az unian-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.
Qeyd olunub ki, Baxmut və Marinka cəbhənin ən qaynar nöqtələri olaraq qalır.
Məlumata görə, Severski və Slobojanski istiqamətlərində Rusiya ordusu Çerniqov vilayətinin Lizunovka yaşayış məntəqəsinə idarə olunan bombalarla aviazərbələr endirib. Zərbə bir uşağın ölümünə səbəb olub.
Çerniqov vilayətinin Leonovka, Krasnı Xutor, Karpoviç, Qremyaç və Novqorod-Severski yaşayış məntəqələri də atəşə tutulub.
Murad Məmmədli
















