• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Fransada Makronun müqəvvası yandırıldı - VİDEO

DÜNYA

02 May 2023 | 00:16 | Müəllif: Subhan Mahmudov

Fransada Makronun müqəvvası yandırıldı - VİDEO

Mayın 1-də Fransanın Strasburq şəhərində yerli sakinlər Prezident Emmanuel Makronun müqəvvasını yandırıblar.

Bakıvaxtı.az xəbər verir ki, mərasim musiqi ilə müşayiət olunub.

Müqəvvanın yandırılması yerli anarxistlər tərəfindən təşkil olunub.

Qeyd edək ki, aprelin 19-da Fransanın şimal-şərqinə səfəri zamanı əhali Makronu fitə basıb. Dövlət başçısı üçün bu, pensiya islahatı haqqında qanunun qəbulundan sonra ilk səfər olub.

Xatırladaq ki, aprelin 15-də Fransa prezidenti pensiya islahatını, o cümlədən qanunla müəyyən edilmiş pensiya yaşının 64 yaşadək artırılması haqqında qanun imzalayıb. Ölkədə pensiya islahatı 2023-cü ilin payızında qüvvəyə minəcək.

Fransada bu islahatlara görə tətillər dayanmaq bilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026