• Bakı 20° C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

Çanaqqala Universitetində azərbaycanlı alimlə görüş oldu - FOTO

CƏMİYYƏT

19 Oktyabr 2023 | 14:21

Çanaqqala Universitetində azərbaycanlı alimlə görüş oldu - FOTO

Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən sayılan Çanaqqala 18 Mart Universitetində tanınmış azərbaycanlı alim, Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayevlə görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, müsəlman məscidi, əski erməni kilsəsi və yəhudi sinaqoqu ilə əhatə olunan Manfred Osman Korfmann Kitabxanasında təşkil edilən görüşdə universitetinin müəllim və tələbələri iştirak edib. Tədbirin əvvəlində Türkiyə Böyük Millət Məclisinin üzvü Rıdvan Uzunun təbrik məktubu oxunub.

18 Mart Çanaqqala Universitetinin rektoru prof. Cüneyt Erenoğlu görüş iştirakçılarını salamlayaraq bildirib ki, tədbir Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində təşkil olunub. Professor Çingiz Abdullayevin elmi və ictimai fəaliyyəti barədə geniş məlumat verən rektor azərbaycanlı alimin yeni nəşr etdirdiyi “Kardeş ülkeler” və “Türkiyənin çokkültürlü mühiti” kitablarının önəmindən danışıb, bu sanballı əsərlərin “Bir millət, iki dövlət”- Türkiyə-Azərbaycan arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inandığını vurğulayıb.

Universitetin professoru Vedat Çalışkan Çingiz Abdullayevlə tanışlıqdan və tədqiqat zamanı lentə alınmış “Mühit” sənədli filmindən söz açıb. Sonra film nümayiş olunub.

Ali məktəbin müəllimləri pianoçu Zafer Tural və solist Dr. Ezgi Ertek Babaç Azərbaycan mahnılarını səsləndirməklə tədbirə rəng qatıblar.

Professor Çingiz Abdullayev professor Halil İnalcıkla 2011-ci ildə Ankarada görüşünün təəssüratlarını bölüşüb, alim həmkarından ilk dəfə eşitdiyi “Kilit kala” sözünə əsasən hazırladığı “Kilit kalaya ilk səfərim” mövzusunda maraqlı mühazirə ilə çıxış edib.

Sonda azərbaycanlı alimə ali məktəbin rektorluğu adınan xatirə hədiyyəsi təqdim olunub.


SON XƏBƏRLƏR

08 May 2024