• Bakı 18° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

İranda sayadan çıxarılan Azərbaycan gəmisi yola düşdü

CƏMİYYƏT

18 Noyabr 2023 | 13:31

İranda sayadan çıxarılan Azərbaycan gəmisi yola düşdü

Ötən gün İranın Astara limanından çıxdıqdan sonra saya oturan Azərbaycan gəmisi bu gün sayadan çıxarılıb və az öncə Bakının Hövsan limanı istiqamətində yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Astara limanı idarəsinin müdiri Rza Neməti deyib.

Onun sözlərinə görə, 2,5 min tonluq gəminin yükü neft-kimya maddələri olub.

Liman rəsmisi bildirib ki, ötən sutka ərzində gəminin sayadan çıxarılmasına iki gəmi cəlb edilib.

Gəminin saya oturmasının səbəbi hava şəraitinin qeyri-münasibliyi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026