• Bakı 21° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Sabahın hava proqnozu

CƏMİYYƏT

18 Dekabr 2023 | 12:06

Sabahın hava proqnozu

Dekabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR