• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Lift qırıldı: Məsuliyyəti kim daşıyır?

CƏMİYYƏT

17 Yanvar 2024 | 11:11

Lift qırıldı: Məsuliyyəti kim daşıyır?

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında lift qırılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Hadisə liftlərin təhlükəsizliyini yenidən gündəmə gətirib.

Maraqlıdır, belə hallar baş verdikdə məsuliyyət kimlərin üzərinə düşür? Liftlərin təhlükəsizliyi necə qorunur?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, hündürmərtəbəli yaşayış binalarında yerləşən liftlərin istismara qəbuluna Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları nəzarət edirlər.

Onun sözlərinə görə, lift istismara qəbul olunandan sonra onların davamlı texniki diaqnostikası, cari və əsaslı təmirini isə binanı idarə edən tərəflə müvafiq qurum arasında bağlanmış müqavilə əsasında aparılır:  

O müqavilə yoxdursa və binanı idarə edən tərəf həmin o liftə nəzarəti təmin etmirsə, məsuliyyət həmin tərəfin üzərinə düşür. Normativ və texniki sənədlərdə nələrə nəzarət edilməli olduğu göstərilir”.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni tikilən çoxmərtəbəli binaları istismara qəbul edən qurumun dəvəti əsasında FHN-in mütəxəssisləri həmin binadakı liftin texniki vəziyyəti ilə bağlı,yəni istismara yararlı olub-olmaması, düzgün quraşdırılıb-quraşdırılmamasına dair akt tərtib edir.

“Digər hallarda, FHN-nin ölkədəki lftlərə ucdantutma texniki baxış keçirmə, monitorinq aparmaq səlahiyyətləri yoxdur. Müraciət əsasında da hər hansı bir binada liftlərə texniki baxış keçirlməsi də mümkündür”, - deyə nazirlikdən qeyd olunub.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026