“Su qıtlığı ilə üzləşmə riski olan 35 ölkə var, Azərbaycan 19-cu yerdədir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elşad Mirbəşiroğlu deyib.
Deputat qeyd edib ki, məntəqələr birləşdiriləndə itirilən su haqqında düşünülməlidi:
"Bu gün dünyada su müharbəsi də var. Lakin Azərbaycan xoşbəxtdir ki, ehtiyacı olanda qat-qat çox su ehtiyatı var. Hesab edirəm ki, su ehtiyatlarının istifadə edilməsi ilə bağlı işlər görülməlidir".
Onun sözlərinə görə, Azərbaycan postsovet ölkələrin içərisində ən üstün su ehtiyatına sahib ölkədir:
"Azərbaycanda illik su təlabatı 1.6 kubmetrdir, lakin 5.3 kubmetr su təchizatı həyata keçirilir. Bu o deməkdir ki, çox böyük su itkisi var”.
Aytac Aslan
















