• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu yaşdakı uşaqları sünnət etdirmək olmaz - Həkimdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

17 Yanvar 2024 | 10:55

Bu yaşdakı uşaqları sünnət etdirmək olmaz - Həkimdən XƏBƏRDARLIQ

Hər il minlərlə uşaq sünnət olunur. Lakin çox vaxt ailələr uşağı nə vaxt, hansı yaşda sünnət etdirməli olduqlarını bilmədən kor-koranə adət yerini tapsın deyə həkimə müraciət edirlər.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Uşaq Cərrahiyyəsi Mütəxəssisi Op. Dr. Perihan Topcu bildirib ki, ən yaxşı seçim sünnətin xəstəxanada, hətta əməliyyat otağında edilməsidir: "Ümumi anesteziya və ya lokal anesteziya ilə edilə bilər. İndiki vaxtda bu prosedur uşağa travma vermədən asanlıqla həyata keçirilə bilər. Soyuq hava ilə əlaqədar çöl fəaliyyətlərin məhdudlaşdırıldığı, uşağın daha uyğun şəraitdə evdə dincələ biləcəyi, yoluxma riskinin çox az olduğu yarımil tətilində sünnət edilməsini tövsiyə edirik. Sünnətdən sonrakı ilk həftədə həddindən artıq aktivlikdən çəkinmək lazımdır”.

Həkimin sözlərinə görə, sünnət uyğun yaş aralığında edilməlidir: "2-6 yaş arası uşaqlara cinsi kimlik inkişafı, özünü mərkəzləşdirmə və uyğunsuzluq səbəbiylə lazım olmadıqca sünnət edilməməlidir. Uşağın cinsi kimlik dövrünün formalaşdığı bu dövrdə sünnət edildiyində kişiliyini itirmək qorxusu yarana və travmaya səbəb ola bilər. Sünnət ya 2 yaşından əvvəl, ya da 6 yaşından sonra edilməlidir”.

Uşaqda infeksiya və ya böyrək xəstəliyi riski olduğu halda 2 yaşından əvvəl, digər hallarda isə 6 yaşından sonra sünnət edilməsi tövsiyə olunur.

Həkim qeyd edib ki, cərrahi prosedur standartlarına əməl edildikdə arzuolunmaz vəziyyət yaranmayacaq. Ancaq düzgün edilmədikdə, daimi itki və zərərlə nəticələnə bilər: “Dərinin üst və ya altında kəsilməsi, pis çapıq toxuması, deformasiya, şiddətli qanaxma, infeksiya, penis başının qismən və ya tam itirilməsi kimi arzuolunmaz nəticələrin qarşısını almaq üçün prosedur müvafiq sahədə təcrübəli mütəxəssis tərəfindən aparılmalıdır. Sünnət uşaq cərrahı və ya uşaq uroloqu tərəfindən aparılmalıdır”, - deyə mütəxəssis əlavə edib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR