• Bakı 26° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

SON DƏQİQƏ: Orduda təlim başladı - FOTOLAR

CƏMİYYƏT

16 Fevral 2024 | 10:00

SON DƏQİQƏ: Orduda təlim başladı - FOTOLAR

2024-cü ilin hazırlıq planına əsasən "N" hərbi hissəsində komanda-qərargah səfərbərlik təlimi keçirilir.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim müddətində qəbul məntəqələrinin açılması, şəxsi heyətin qəbulu prosesinin öyrənilməsi, bölmələrin səfərbərliklə komplektləşdirilməsi və döyüş uzlaşmasının təşkili, əməliyyat təyinatı rayonuna yerdəyişmənin həyata keçirilməsi və ərazidə yerləşmə üzrə hesabların dəqiqləşdirilməsi, eləcə də əməliyyat təyinatı rayonunun tutulması və hücum əməliyyatının təşkili mövzularında fəaliyyətlər icra edilib və yerinə yetirilən fəaliyyətlərlə bağlı məruzələr dinlənilib.

Təlimin məqsədi səfərbərlik resurslarının dəqiqləşdirilməsi və icra olunan səfərbərlik tədbirlərinin müasir standartlara uyğunlaşdırılmasıdır.


SON DƏQİQƏ: Orduda təlim başladı - FOTOLARSON DƏQİQƏ: Orduda təlim başladı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026