• Bakı 16° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Canlı efirdə qonağa verilən bəd xəbər: Aparıcılar elə situasiyalar seçirlər ki...

CƏMİYYƏT

07 Aprel 2025 | 16:19

Canlı efirdə qonağa verilən bəd xəbər: Aparıcılar elə situasiyalar seçirlər ki...

Bəzən televiziya proqramında qonaq olan şəxs elə efirdəcə hansısa bir pis xəbər alır. Belə hallar tənqidçilər tərəfindən çox zaman etik olmayan bir üsul olaraq qəbul edilir. Həm efirdəki qonaqların, həm də tamaşaçıların psixoloji sağlamlığına təsir etməmək üçün xəbər verilmə metodları diqqətlə seçilməlidir.

Bakıvaxtı.az xatırladır ki, bugünlərdə “Elgizlə izlə” verilişinin aparıcısı Elgiz Əkbər Xalq artisti Naibə Allahverdiyevaya yayım zamanı anidən Rusiyada yaşayan qardaşının ölüm xəbərini verib. Xalq artisitinin düşdüyü durum göz önündədir.

Qulu Məhərrəmli, teletənqidçi

Mövzu ilə bağlı professor, teletənqidçi Qulu Məhərrəmli Bakıvaxtı.az ilə öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, ümumiyyətlə, şou proqramlarda gözlənilməz hərəkətlər çoxdur:

“Bunlar haqqında danışmaq bəzən adama çətin belə gəlir. İstənilən verilişdə əlbəttə, müəyyən sürprizlər ola bilər. Ancaq təəssüflər olsun ki, bizim aparıcılar elə situasiyalar seçirlər ki, mövzu artıq sürprizlikdən çıxır, insanı məyus edir".

Müsahibimiz vurğulayıb ki, veriliş boyu hər şeyə ciddi yanaşılmalıdır:

“Olur-olmaz, müsbət-mənfi kimi məqamlara xüsusilə diqqət yetirilməlidir".

"Tamaşaçının, efirdə olan qonağın qəbul edəcəyi mövzular seçilib, onlardan bəhs edilməlidir. Rejissorlara, ssenaristlərə, aparıcılara tövsiyəm budur ki, bu məsələyə ciddi diqqət yetirsinlər", – deyə Qulu Məhərrəmli qeyd edib.

Gülanə Qədirova, həkim-kardioloq

Həkim-kardioloq Gülanə Ağayeva Bakıvaxtı.az-a bu cür ani stresin sağlamlığa olan ziyanlarından bəhs edib:

"Ani bir bəd xəbər bir anda bədənin çoxlu sayda stress hormonlarına məruz qalması deməkdir. Təbii ki, bu hormonların, bioloji aktiv maddələrin təsirindən orqanizmdə bir çox fəsadlar baş verə bilər. Hətta ürək-damar xəstəliyi olmayan bir insan da belə ani stresin təsirindən miokard infarktı yarana bilər".

Kardioloq qeyd edib ki, anidən ürək damarlarımızın sıxılması spazmı, ürək ritminin artması, arterial təzyiqin ani yüksəlməsi bir çox ağırlaşmalara səbəb ola bilər.

Onun sözlərinə görə, bu risk həm qadınlarda, həm də kişilərdə eyni dərəcədədir:

"Ürək xəstəliklərinin xüsusi növü olan stress kordiometriyasına xüsusilə qadınlarda rast gəlinir. Bu hallar təkcə bəd xəbər alanda deyil, həmçinin ani sevincli bir xəbərin stresi də eyni fəsadları törədə bilər".

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR